Xaçmazın Mərkəzi bazarında yanğın olub

Xaçmazın Mərkəzi bazarında yanğın olub
09:22 23 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmazın Mərkəzi bazarında güclü yanğın olub.

Milli.Az FHN-in saytına istinadən bildirir ki, Xaçmaz şəhərində ümumi sahəsi 2000 kv.m olan Mərkəzi bazarın ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar, digər ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyü 45 kv.m və içərisinə yığılmış mallar 10 kv.m sahədə, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış mallar 5 kv.m sahədə, ümumi sahəsi 45 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 25 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

Digər bitişik tikilimiş anbarlar yanğından mühafizə olunub. Yanğın saat 00:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR