Bakının mərkəzi yolu bağlanır

Bakının mərkəzi yolu bağlanır
12:26 26 Dekabr 2014
77 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi əlumata görə, bu axşam saat 22:00-da Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən “Bağırov” körpüsünə qədər olan hissəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılır.

Yolda gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti sabah səhər saatlarına qədər bağlı olacaq.

Qeyd edək ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR