“Samsung” ucuz smartfonunu nümayiş etdirib

“Samsung” ucuz smartfonunu nümayiş etdirib
09:46 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkəti öz saytında yeni iki SİM kart dəstəkləyən “Galaxy Grand Neo Plus” (GT-I9060I) smartfonu haqda informasiya yerləşdirib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 5 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla təchiz edilib. Qurğunun arxa tərəfində quraşdırılmış fotomodul “LED” işıqlandırıcıya malikdir.

Cihaz, həmçinin 1 QB əməli yaddaş, 8 QB-lıq fləş yaddaş, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth”, “GPS”, “3G HSPA+” simsiz rabitə modulları və “FM” radioya malikdir. Telefon iki SİM kart, “microSD” yaddaş kartını dəstəkləyir.

Qurğunun ölçüləri 143,7x77,1x9,5 mm, çəkisi 160 qramdır. Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir. “Android”  mobil əməliyyat sisteminin “4.4 KitKat” versiyası quraşdırılıb.
“Galaxy Grand Neo Plus” modelinin qiyməti 190 dollardır.

Emil Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR