“Visa Europe”: “2020-ci ilədək PİN kodlar və parollardan istifadəyə ehtiyac qalmayacaq”

“Visa Europe”: “2020-ci ilədək PİN kodlar və parollardan istifadəyə ehtiyac qalmayacaq”
09:51 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

16-24 yaşlı britaniyalıların yarısından çoxu 2020-ci ilədək PİN kodlar və parollardan istifadəyə ehtiyac qalmayacağına əmindir. Bu barədə "Visa Europe" şirkətinin tədqiqatında deyilir. 

Rəyi soruşulan respondentlər hesab edir ki, onların əvəzedicisi qismində biometrik göstəricilərin ölçülməsinə əsaslanan daha praktik texnologiyalar çıxış edəcək. Ümumilikdə Avropa şirkəti iki min britaniyalının rəyini tədqiq edərək onların yeni autentifikasiya üsullarına münasibətini öyrənib.

Məlum olub ki, respondentlərin üçdə dörd hissəsi (76 faizi) ödəniş əməliyyatlarını həyata keçirmək üçün biometrik texnologiyalardan istifadə edərkən özünü rahat hiss edir. Bununla yanaşı, sorğu iştirakçılarının 69 faizi qeyd edib ki, bu, onların həyatını asan etməklə vaxta qənaət edir.  

Maraqlıdır ki, avtorizənin bu üsulundan istifadənin təhlükəsizlik səviyyəsinin orta qiymətləndirmə nisbəti 7/10 təşkil etdiyi halda parol və PİN kodlar 6/10 qiymətləndirilib.

Bundan başqa, britaniyalılar şəxsiyyətin təsdiqlənməsi üçün konkret üsulun seçimində daha çox (70 faiz) barmaq izlərinin skan edilməsinə tərəfdar çıxıb. İkinci yerdə gözün tor qişasının skan edilməsi (39 faiz), üçüncüdə üzün tanınması (27 faiz) qərarlaşıb, - "SecurityLab" yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34908-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR