Bakı-Qazax yolunda iki yük maşını toqquşub, bir nəfər ölüb

09:57 23 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 09:55 ]

Bakı. Hafiz Heydərov – APA. Bakı-Qazax yolunda iki yük maşını toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "Shacman" və QAZ markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, QAZ markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.

 

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR