Azərbaycan müasir sərnişin vaqonları alacaq

Azərbaycan müasir sərnişin vaqonları alacaq
10:03 23 Yanvar 2015
232 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Dəmir Yolları" 2015-ci il ərzində Bakı-Tbilisi-Qars dəmiryol xətti üçün yeni sərnişin vaqonları alacaq. Bu barədə cümə axşamı Trend-ə QSC-dəki mənbə bildirib.

QSC və "Stadler" şirkəti ötən ilin iyununda 30 yeni dəmiryol sərnişin vaqonlarının alqı-satqısı haqqında müqavilə imzalayıblar. Yeni vaqonlar Avropanın dəmir yollarında hərəkət etmək üçün avtomatik olaraq cüt təkərlərə keçməyə qadir olacaqlar.

Mənbənin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemlərinin birləşdirilməsi üçün nəzərdə tutulan yeni dəmir yolu 2015-ci ilin sonuna qədər istismara veriləcək və müvafiq olaraq vaqonlar respublikaya həmin müddət üçün gətirilməlidir.

Mənbə qeyd edib ki, vaqonların ölkəyə gətirilməsinin dəqiq tarixi məlum deyil, amma onların yoxlaması və mənimsəmə üçün vaxt lazım olacaq.

Bakı-Tbilisi-Qars xəttinin tikintisi məsələsinə gəincə, onun sözlərinə görə, layihə üzrə bütün işlər fəal şəkildə irəliləyir və yeni dəmiryol xətti planlaşdırılmış müddətdə işə salınacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR