Etyen Mahçupyan: “2015-ci ildə Ermənistanla Türkiyə simvolik addımlar atıla bilər”

Etyen Mahçupyan: “2015-ci ildə Ermənistanla Türkiyə simvolik addımlar atıla bilər”
12:27 26 Dekabr 2014
96 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:23 ]

Bakı. Zümrüd Paşayeva – APA. “2015-ci ildə Ermənistan və Türkiyə I Dünya Müharibəsində ermənilərin kütləvi qətli ilə bağlı uzun müddət davam edən mübahisənin həllini gözləməməlidir”.  

 

APA-nın “GlobalPost” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin baş məsləhətçisi Etyen Mahçupyan “Frans-Press”ə müsahibəsində deyib.  

 

O, hadisənin ildönümü ilə əlaqədar 2015-ci ilin sərt olacağını qeyd edib.

 

"İnanıram ki, bu il simvolik addımlar atıla bilər və daha çox emosional əlaqələr yaradıla bilər. Siyasi və tarixi məsələlərin isə növbəti illərə qalacağına və həllinin daha da asanlaşacağını güman edirəm. Gələcəkdə Ermənistanla, eləcə də Türkiyəyə dərin nifrət bəsləyən diasporlarla münasibətlər yaradılmalıdır”, - deyə E. Mahçupyan vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR