Azərbaycanda zəlzələ

Azərbaycanda zəlzələ
10:11 23 Yanvar 2015
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər dənizində zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar 22 yanvar tarixində, yerli vaxtla 20:30-da qeydə alınıb.

Zəlzələ Xəzər dənizinin 19 km dərinliyində baş verib. Təkanların maqnitudası isə 3 bal olub.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda sonuncu dəfə zəlzələ 6 gün öncə baş verib. Yerli vaxtla saat 16:27-də Qobudan 177 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Dərinliyi 55 km, maqnitudası 3.4 olan zəlzələ hiss olunmayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR