İqtisadiyyat və Sənaye Nazirliyi jurnalistləri mükafatlandırıb

12:27 26 Dekabr 2014
69 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:22 ]

Bakı - APA. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında təşkil etdiyi “Sənaye ili”nə həsr olunmuş “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinin yekunları açıqlanıb.


APA-nın məlumatına görə, öncə Azərbaycan sənayesinin potensialı və inkişafı ilə bağlı “Ənənə və gələcək” filmi nümayiş olunub.


İSN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev “Sənaye ili” ilə bağlı bu il bir sıra tədbirlər keçirildiyini, müsabiqənin də bu silsiləyə daxil olduğunu bildirib.


Müsabiqə Komissiyasının sədri, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib ki, ümumilikdə müsabiqəyə 50 yazı təqdim edilib və bu, müsabiqəyə böyük marağın göstəricisidir.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqəyə marağın böyük olmasını nazirliyin mətbuat xidmətinin fəaliyyətini yüksək səviyyədə qurması ilə əlaqələndirib.


Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil’ qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də jurnalistlərin müsabiqəyə, iqtisadi mövzulara marağını yüksək qiymətləndirib: “Elə nazirliklər var ki, mətbuat xidmətlərinin rəhbərlərini jurnalistlər tanımır. Bu baxımdan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti yüksək səviyyədədir, onların fəaliyyətini təqdir edirik”.


Müsabiqə Komissiyası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da müsabiqəyə marağın böyük olmasını təqdir edib. Daha sonra qaliblərə mükafatlar təqdim edilib. Müsabiqəyə təqdim edilən bütün yazılar mükafatlandırılıb. Mükafatlandırılan jurnalistlər sırasında APA İnformasiya Agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu və Lent.az saytının redaktoru Nizam Rza da olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR