İnternetin sonu çatır

İnternetin sonu çatır
10:17 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Gələcəkdə İnternet dünyada yox olacaq.

Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlamanı Google şirkətinin direktorlar şurasının sədri Erik Şmidt verib.

Davos iqtisadi forumunda çıxış edərkən Şmidt bu sözləri deyib:

"Hər şey çox sadədir. İnternet yox olacaq. O qədər İP-ünvanlar, qurğular, ötürücülər olacaq ki, indi istifadə etdiyiniz əşyalar olacaq ki, siz bunu hiss etməyəcəksiniz", - o əlavə edib.

"Bu sizin mövcudluğunuzun tərkib hissəsi olacaq. Təsəvvür edin ki, otağa daxil olursunuz və otaq dinamikdir. Siz bütün əşyalar ilə qarşılıqlı əlaqədəsiniz", - Google-un rəhbəri qeyd edib.

Şmidtin sözlərinə görə, texnologiyaların inkişafı sayəsində yeni iş yerləri yaranacaq. İnformasiya texnologiyaları sahəsində yaranan hər iş yeri özündən sonra 7 iş yerini törədəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR