Kral öldü. Yaşasın kral - FOTO

Kral öldü. Yaşasın kral - FOTO
10:17 23 Yanvar 2015
201 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya neft bazarı Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdül Əziz əl Səudun ölümünə operativ reaksiya verib.
Milli.Az CNN-ə istinadən bildirir ki, səudilərin kralının ölüm xəbəri yayılan kimi birjalarda xam neftin 1 barrelinin qiyməti 2 faiz bahalaşaraq 47 dollara çatıb.
 
WTI markalı neftin mart fyuçersləri isə Nyu-York Fond Birjasında 1,1 dollar bahalaşaraq 47,41 dollara çatıb.
CNN-money bildirir ki, Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısıdır.
 
Səudiyyə Ərəbistanının kralı bu gün səhər, 91 yaşında keçinib. Ölkənin yeni kralı mərhum əlahəzrətin ortancıl qardaşı, 76 yaşlı varis şahzadə Salman ibn Əbdül Əziz, taxtın varisi isə hazırda Səudiyyə Ərəbistanı Nazirlər Şurasının sədr müavini şahzadə Mükrin olub.
Səudiyyə Ərəbistanında dövlət televiziyası Qurandan surələr oxuyan hafizləri və şeyxləri göstərir.
 
2005-ci ildə kral taxtına oturmuş kral Əbdül Əziz pnevmoniya xəstəsi idi. O, illərdən bəri yataqda idi.
Mərhum kral Əbdül Əzizin kiçik qardaşı Mükrinin varis şahzadə elan edilməsi ilə bağlı Səudiyyə Ərəbistanının And Şurasının toplantısı keçirilib.
1953-cü ildə Səudiyyə Ərəbistanının ilk kralı olmuş Əbdül Əziz İbn Səudun oğulları və nəvələrindən ibarət bu Şura şahzadə Mükrini varis şahzadə kimi tanıyıb.
 
Mərhum kral Abdulla Əbdül Əziz atası Əbdül Əzizin 37 oğlu arasında 13-cü idi.
 
Səudiyyə Ərəbistanında mərhum kral radikal olmasa da, islahatçı sayılırdı. Onun hakimiyyəti dövründə yerli kütləvi informasiya vasitələrində mülayim tənqid elementləri vardı. Bundan başqa, mərhum kral ölkədəki qadınların işləmək hüququna malik olmalarını istəyirdi.
 
Üstəlik, o, qadınların yerli məşvərət şuralarına seçkilərdə iştirakına icazə vermişdi.
 
Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR