Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarış aparırlar

12:32 26 Dekabr 2014
51 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:30 ]

Bakı – APA. Bu gün saat 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” padiosunun Bakı bürosunda axtarışa başlayıblar.

APA-nın xəbərinıə görə, bu barədə radionun saytında məlumat yerləşdirilib.

 

Məlumatda deyilir ki, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

 

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa radionun iki əməkdaşı da qoşulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR