Azərbaycanda 140 elmi təşkilat və müəssisə fəaliyyətdədir

Azərbaycanda 140 elmi təşkilat və müəssisə fəaliyyətdədir
10:19 23 Yanvar 2015
198 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti tərəfindən “Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” uğurla həyata keçirilir. Lent.az-ın məlumatına görə, bu ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22,4 minə yaxın mütəxəssis məşğul olur, onların da 70,6 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər. 2015-ci ilin əvvəlinə Milli Elmlər Akademiyasının 49 akademiki və 97 müxbir üzvü var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR