"Google" şirkətinin rəhbəri: İnternet itəcək

"Google" şirkətinin rəhbəri: İnternet itəcək
10:28 23 Yanvar 2015
199 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

“Google” şirkətinin rəhbəri və dünyanın ən zəngin sahibkarlarından biri olan Erik Şmidt hesab edir ki, özünün müasir formasında internetin sayılı günləri qalıb.

O, bu fikrini İsveçrənni Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı diskussiyaların birində bildirib. Bu barədə cümə günü Trend TASS agentliyinə istinadən xəbər verir.

E.Şmidt qlobal elektron şəbəkəni hansı gələcək gözlədiyi barədə sualı cavablandırarkən deyib: "Mən çox sadə cavab verəcəyəm: internet yox olacaq. O qədər çox IP ünvanlar olacaq, çoxlu sayda qurğular, üzərinizə geyinəcəyiniz ötürücülər, qarşılıqlı fəaliyyətdə olacağınız əşyalar olacaq ki, siz hətta onların varlığını hiss etməyəcəksiniz. Bu sizin həyatınızın daimi hissəsi olacaq".

Şmidt qeyd edib: "Siz belə çoxlu sayda güclü texniki platformaların meydana çıxdığını müşahidə edirdiniz, smartfonlar üçün mobil əlavələrin yaranmasına görə hökmranlığın, daha doğrusu liderliyin, necə istəyirsiniz adlandırın, sırasının necə dəyişdiyini görürsünüz. İndi belə əlavələrin infrastrukturunun necə görünəcəyi barədə qabaqcadan proqnoz vermək qətiyyən mümkün deyil, çünki faktiki olaraq superkompüterlərə çevriləcək smartfonların gücünü artıran oyunçuların bütöv yeni koqortası irəliləyir”.

“Google”-un rəhbəri hazırkı anda bu bazara tamamilə açıq bazar kimi baxdığını əlavə edib.

Həmin diskussiyada Şmidt digər mövzulara da toxunub və KXDR-ə bu yaxınlardakı səfərini də xatırladıb. Onun sözlərinə görə, orada internetə çıxışlar yetərincədir, lakin rouminq yoxdur və şəbəkədən istifadəyə ciddi nəzarət edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2356254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR