Bakı-Qazax yolunda ağır qəza: ölən var

Bakı-Qazax yolunda ağır qəza: ölən var
10:29 23 Yanvar 2015
268 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə yolun 43-cü kilometrliyində "SHACMAN" və "QAZ" markalı 2 yük avtomobilinin toqquşması ilə bağlı məlumat daxil olub.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı  avtomobildə olan sərnişin hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. 

 

Qəzanın səbəbləri araşdırılır, zəruri ekspertizalar təyin olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR