Xalq artisti renimasiyada

Xalq artisti renimasiyada
10:36 23 Yanvar 2015
246 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nuriyyə Əhmədovanın səhhətində problem yaranıb. Aktrisa reanimasiyaya yerləşdirilib.

Aktrisanın rəfiqəsi, jurnalist Sədaqət Kamalın ANS PRESS-ə verdiyi məlumata görə, Nuriyyə xanımın vəziyyəti gecə saat 3 radələrində pisləşib.

"Gecə saat 3-də nəvəsi (dünyasını dəyişmiş qızının oğlu) qışqırıb məni çağırdı. Otağa girəndə gördüm ki, Nuriyyə yıxılıb yerə. Tez təcili tibbi yardım çağırdıq. Həkimlər yüksək təzyiq diaqnozu qoydular və təcili xəstəxanaya apardılar. Dəqiq deyə bilmərəm, deyəsən insult keçirib. Bir müddətdən sonra mənə zəng vurub Məlikov xəstəxanasına apardıqlarını bildirdilər".

Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının qəbul şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nuriyyə Əhmədova beyin-qan dövranı pozqunluğu diaqnozu ilə qəbul edilib. Xalq artisti hazırda reanimasiyadadır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR