Həvəskar heykəltəraşın əl işləri böyük maraq doğurur

Həvəskar heykəltəraşın əl işləri böyük maraq doğurur
10:38 23 Yanvar 2015
894 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 23 yanvar, Tahir Ağaməmmədov, AzərTAc
Ağdam rayonunun Dördyol-1 qəsəbəsində məskunlaşan məcburi köçkün Miri Abdullayev ixtisasca musiqiçi olsa da, həvəskar heykəltəraş kimi tanınır.
Həvəskar heykəltəraş AzərTAc-ın müxbiri ilə söhbətində bu sənətə 3 ildir başladığını bildirərək deyib: “Əvvəlcə sement, qum, keramika yapışdırıcılarından və boyalardan istifadə etməklə gül qabları düzəltdim. Əl işlərim yaxşı alındığı üçün məndə heykəltəraşlığa maraq yarandı. Daha sonra müxtəlif heyvan fiqurları – maral, ceyranlar, qartal, dağ keçisi, ayı, şir, timsah, leylək, ilan, at fiqurları hazırlamağa bağladım. Düzəltdiyim fiqurlar görənlərin böyük marağına səbəb olur. Ümumilikdə indiyədək 30-dək fiqur düzəltmişəm. Yazda dəvə və fil fiqurları da hazırlayacağam”.
Qarabağ müharibəsi veteranı olan M.Abdullayev bildirib ki, döyüş səhnəsinin əks olunduğu kompozisiya da düzəltmək istəyir. Kompozisiyada müharibədə şəhid olmuş döyüş yoldaşları, tanklar, toplar, savaş səhnəsi əks olunacaqdır.














Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heveskar_heykelterasin_el_isleri_boyuk_maraq_dogurur-826906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR