“Microsoft yeni əməliyyat sistemini təqdim edib

“Microsoft yeni əməliyyat sistemini  təqdim edib
10:41 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 "Microsoft" Korporasiyası yeni "Windows 10" əməliyyat sistemini təqdim edib.
 
Təqdimatda çıxış edən "Windows" istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, "Microsoft" Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib – bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, "Windows 10" əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir. "Windows Phone 8.1", "Windows 8" və "Windows 7" istifadəçiləri üçün "Windows 10" il ərzində tam pulsuz olacaq.
 
Korporasiyanın nümayəndəsi bildirib ki, "Microsoft" əvvəlki "Start" menyusunu qaytarıb və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu "Windows 7"-dəki kimi kiçiltmək olar. 
 
Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri "Cortana" səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı "Cortana" müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.   
 
Daha bir yenilik əvvəl anons olunmuş "Spartan" brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır.  Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, "Spartan" brauzerinə də "Cortana" səs köməkçisi quraşdırılıb.
 
"Microsoft"un təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya "HoloLens" adı verilib. Eynəklərə xüsusi olaraq "HoloStudio" proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır.
 
Təqdimatla Korporasiyanın saytında tanış olmaq mümkündür.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR