Dünyanın ən yaхşı 10 yığma məşqçisi

Dünyanın ən yaхşı 10 yığma məşqçisi
10:42 23 Yanvar 2015
225 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı yığma məşqçilərinin siyahısı açıqlanıb. Fanat.az хəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.


Sorğunun nəticələsinə əsasən, ötən ilin ən yaхşı yığma məşqçisi Yoahim Löv olub. Dünya çempionu olan Almaniya millisinin çalışdırıcısı böyük fərqlə 1-ci olub. Bununla da ardıcıl 2, ümumilikdə 4 dəxə ən yaxşı seçilən İspaniya millisinin baş məşqçisi Visente del Boskenin hegemonluğuna son qoyulub. İspan mütəхəssis bu dəfə "onluğ"a düşə bilməyib.


İkinci yeri dünya çempionatında final oynayan Argentinanın baş məşqçisi Alexandro Sabelya tutub. İlk "üçlüy"ü mundialın üçüncüsü olmuş Hollandiya yığmasının baş məşqçisi Lui van Qal qapayır. Holland mütəхəssis hazırda "Mançester Yunayted"ə başçılıq edir.


Siyahıda Avropanın 4, Cənubi Amerikanın 3, Şimali Amerikanın 2, Afrikanın 1 komandasının baş məşqçisi yer alıb.


Baş məşqçi

Komandası

Xal

1

Yoahim Löv

Almaniya

220

2

Alexandro Sabelya

Argentina

71

3

Lui van Qal

Hollandiya

38

4

Xose Pekerman

Kolumbiya

31

5

Xorxe Luis Pinto

Kosta-Rika

19

6

Xorxe Sampaoli

Çili

18

7

Migel Errera

Meksika

15

8

Mark Vilmots

Belçika

9

9

Didye Deşamp

Fransa

8

10

Stiven Keşi

Nigeriya

1

 

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-ya-10-yma-mqcisi-t17718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR