"Azərbaycan Dəmir Yolları"nda dini məsələlər müzakirə olunub

"Azərbaycan Dəmir Yolları"nda dini məsələlər müzakirə olunub
12:33 26 Dekabr 2014
78 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda dininə, inancına görə hansısa insanın sıxışdırıldığını görə bilmərik". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Dəmir Yolları” QSC-də “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən konfransda bildirib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi ola bilər.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonunda tikilmiş Heydər məscidinin son dövrlər müsəlman ölkələrində tikilən məscidlər içində dizaynı və quruluşuna görə analoqu yoxdur. Postsovet, müsəlman ölkələrində əvəzolunmaz məsciddir.

Müəyyən edilmiş proqrama uyğun olaraq müxtəlif idarə və təşkilatlarda, təhsil ocaqlarında bu tipli tədbirlər keçirilir, söhbətlər aparılır.

Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov bildirib ki, ölkədə milli-mənəvi, İslami dəyərlərin qorunması mühüm əhəmiyyət daşıyır.

O, həmçinin Azərbaycanda dəmir yolları sistemində aparılan və nəzərdə tutulan işlər barədə geniş məlumat verib. Azəbaycanda dəmir yolu, ümumiyyətlə, nəqliyyat sistem Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və lazımi qayğı göstərilir.

Qeyd edək ki, konfransda “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin nümayəndələri də iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR