FİFA-nın üç böyük sponsoru təşkilatla əməkdaşlıqdan imtina etdi

FİFA-nın üç böyük sponsoru təşkilatla əməkdaşlıqdan imtina etdi
10:48 23 Yanvar 2015
167 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) üç böyük sponsoru qurumun prezidenti Yozef Blatterin fəaliyyətindən narazı olduqlarına görə FİFA ilə əməkdaşlığı davam etdirməmək qərarına gəliblər. Trend xəbər verir ki, bu barədə TASS "Teleqraf" qəzetinə istinadən məlumat yayıb.

“Castrol”, “Continental”, “Johnson & Johnson” şirkətlərinin nümayəndələri mətbuata "Blatter rejimi ilə münasibətləri pozduqlarını” təsdiqləyiblər.

Bundan əvvəl “Sony” və “Emirates” şirkətləri FİFA ilə müqaviləni uzatmayıblar.

Teleqraf" qəzetinin məlumatına görə, həmin 5 şirkət FİFA-ya hər 4 ildən bir 1,5 milyard dollar gətirirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2356268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR