İŞİD-də böyük qırğın

İŞİD-də böyük qırğın
10:51 23 Yanvar 2015
209 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın və beynəlxalq koalisiyanın silahlı qüvvələri minlərlə İŞİD üzvünü məhv edib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, həm də terror qruplaşmasının başçılarının yarısı öldürülüb.

Kerrinin sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi hərbi hava qüvvələrinin dəstəyi ilə İraq hərbçiləri İŞİD-in əlindən 700 kvadrat kilometr ərazini geri alıb.

Amma bununla yanaşı ABŞ dövlət katibi tərəfdaşlarını İŞİD-lə mübarizədə daha çox səy göstərməyə çağırıb. Onun fikrincə, bu, terrorçuların gəlirlərini azaldar və xaricdən gələn döyüşçü axınını dayandırar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR