Norveç "kralı" "Kral klubu"nu seçdi

Norveç "kralı" "Kral klubu"nu seçdi
10:52 23 Yanvar 2015
202 İdman
Ölkə mətbuatı
A- A+

Norveç futbolunun parlayan yeni ulduzu Martin Edeger seçimini edib. Fanat.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi Madrid "Real"ı ilə müqaviləyə imza atıb.


1998-ci ilin 17 dekabrında dünyaya göz açan yeniyetmə ilinə 2,25 milyon avro qazanacaq. Norveçin "Stremqodset" klubundan transfer olunan Edeger son anadək Avropanın bir sıra nəhəng klublarının maraq dairəsində olsa da, seçimini "Kral klubu"nun xeyrinə edib.


Onun xidmətlərində eyni məvacibi təklif edən "Barselona" daha israrlı olsa da, cinah yarımmüdafiəçisi "iki ayağını bir başmağa dirəyərək", "Real" deyib.


Qeyd edək ki, bu sövdələşməyə görə "Stremqodset" 3 milyon avro kompensasiya alıb. Müqavilədə futbolçunun digər kluba transfer ediləcəyi halda, Norveç təmsilçisinə də bu sövdələşmədən də faiz çatacağı qeyd olunub.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR