Tolik-Natavan qalmaqalı böyüyür: “Nəslini, kökünü...”

Tolik-Natavan qalmaqalı böyüyür: “Nəslini, kökünü...”
10:54 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Prodüser Tolik (Tarix Əliyev) və müğənni Natavan Həbibi arasındakı qalmaqal daha da dərinləşir. Lent.az-ın məlumatına görə, dünən Natavan Həbibinin prodüser Tolikə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuza xələl gətirilməsi” ilə bağlı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb. Məhkəmə Tolikin müğənnidən üzr istəməsinə qərar versə də, o bununla barışmayacağını bildirib. N.Həbibi isə öz növbəsində məhkəmə qərarını və Tolikin fotosunu “İnstagram” səhifəsində paylaşaraq, bu sözləri yazıb:

 

“50 nəfər yığılıb bir yerə, amma heç birinin də gücü yoxdur. Mənə qarşı anti-reklam kompaniyası apardılar öz balaca, gülünc şou aləmlərində. Yalandılar başdan ayağa. Şər atıb, yalan uydurmaqla məşğuldurlar bütün günü. Əslində onlara inanan da onların tayıdır. Aygün hələ də özünə gələ bilmir, bunları üstümə salır. Axırı nə oldu? Kiminsə xoşuna nəsə gəlmirsə, su içsin. Mən öz ailəmi, adımı fikirləşib, hərəkət edirəm. Hər biriniz mənim yerimdə olsaydınız məndən betər atdım atardınız, buna əminəm. Kimsə mənim öz milliyyətimi soyumu müdafiə etməyimdə məni günahlandırırsa, onda elə o adamın əqidəsiz olması bəllidir. Men çox səbir etmişəm, çox susmuşam, amma nahaq. İndi yenə kiminsə sözü olsa o da elə qanun qarşısında cavab verəcək. Efirdə danışmaqla, “instagram”da boş-boş yazmaqla deyil. Sözünüzün arxasında dayanmağı bacarmaq lazımdır! O da sizdə alınmaz. Çünki yazanda da, danışanda da vaxtı çatanda qanun qarşısında yazdıqlarınızı danırsız. Mənə sataşmayın cavabsız qoymaram.

 

N.Həbibinin sözlərini prodüser Tolik də cavabsız qoymayıb: “Sən elə bizim şəklimizi paylaş. Amma mən səhifəmdə sənin kimilərin şəklini paylaşmaram. Mən qanun qarşısında aciz ola bilərəm. Amma nə sənin, nə də sevgilinin (Himalayın) və onun bəzi Dövlət orqanlarında işləyən dostları məni susdura bilməz. Bu ölkənin sahibi var. Cənab Prezident hər bir vətəndaşını qoruyur. Yoxsa kimsə hansısa nazirin qardaşıdır, kimsə hansisa icra başçısının müavinidir. Səni harasa tapşıra bilərlər. Amma məni arxamda hökumət durub, Sus, susmasan məndə lazım olan açıqlamaları və sənin əhatəndə olanların adlarını yazacam. Sen bu ölkədə heçkimsən sadəcə bir müğənni kabinetlərdə oturub özünü xalq qəhrəmanı sayma. O, sənsən efirdə deyən sən idin ki, deyirdin ki, “mən hər toya getmirəm, toy edən şəxsin nəsil nəcabətin öyrənib, gedirəm”. Kimsən sen? Sən hələ özünü tanı, sonra kiminsə nəslini, kökünü öyrən. Yenə də deyirəm, bu ölkə dərəbəyilik deyil. Həvəsdir, bəsdir!”  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR