İstanbulda bir ay ərzində üçüncü antiterror əməliyyatı keçirilir

İstanbulda bir ay ərzində üçüncü antiterror əməliyyatı keçirilir
10:58 23 Yanvar 2015
183 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda polis bir ay ərzində üçüncü antiterror əməliyyatı keçirir. Bu barədə Trend cümə günü "Haber7" telekanalına istinadən xəbər verir.

Əməliyyat İstanbulun bir neçə rayonunda aparılır və artıq saxlanılanlar var. əməliyyatlın digər təfsilatları haqqında məlumat verilmir.

İstanbulda yanvarın 15-də “Əqrəb” adı altında keçirilən ikinci əməliyyat şəhərin altı rayonunu əhatə edib.

İstanbul polisi yanvarın 12-də ayın və ilin ilk antiterror əməliyyatını keçirib. Şəhərin müxtəlif rayonlarında keçirilən əməliyyatda ölkə kəşfiyyatının bölmələri də iştirak edib. Əməliyyat zamanı saxlanılan şəxslərin sayı açıqlanmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2356278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR