“AtaSığorta” ASC internat evinin uşaqları üçün ekoloji aksiya keçirib

“AtaSığorta” ASC internat evinin uşaqları üçün ekoloji aksiya keçirib
11:03 23 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“AtaSığorta” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində 2015-ci ilin ilk xeyriyyə aksiyasını keçirib.
Şirkətdən AzərTAc-a bildiriblər ki, ASC Şağan 3 saylı internat evinin fiziki və əqli qüsurlu uşaqları üçün ekologiyanın mühafizəsi və dibçəklərdə güllərin yetişdirilməsi ilə bağlı tədbir təşkil edib. Təcrübəli bağban yeni əkilmiş güllərə qulluqdan danışıb, uşaqlara dibçəklər hədiyyə edilib.
Sonra güllər, təbiət, ekologiya üzrə suallara həsr olunan viktorina keçirilib və qaliblərə “AtaSığorta”nın hədiyyələri verilib.
“AtaSığorta” ASC idarə heyəti sədrinin müavini Orxan Məmmədov qeyd edib ki, aksiyanın məqsədi uşaqlarda təbiəti və ekologiyanı dərketmə münasibətini formalaşdırmaq və onlar üçün faydalı asudə vaxt təşkil etməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AtaSigorta_ASC_internat_evinin_usaqlari_uchun_ekoloji_aksiya_kechirib-826909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR