Nazirdən təhsil şöbələrinə TAPŞIRIQ

Nazirdən təhsil şöbələrinə TAPŞIRIQ
11:04 23 Yanvar 2015
215 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov  “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” Respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Lent.az-ın məlumatına görə, əmr yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq və onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə verilib.

Əmrdə qeyd olunur ki. Naxçıvan təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edəcəklər.

Əsaslı Tikinti və Təchizat İdarəsi  müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu”nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirməsini təmin edəcəklər.

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR