"Statoil"-də ştatların ixtisarı şirkətin Azərbaycandakı layihələrdən çıxması ilə əlaqədardır

"Statoil"-də ştatların ixtisarı şirkətin Azərbaycandakı layihələrdən çıxması ilə əlaqədardır
12:38 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Emil İsmayılov/

Norveçin "Statoil" şirkətinin “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsindən çıxması ilə əlaqədar şirkət yaxın aylarda özünün Azərbaycandakı əməkdaşlarının sayını azaldacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə məlumat verib.

Agentliyin müsahibi bildirib ki, “şirkətin “Şahdəniz” layihəsindən çıxmasını nəzərə alınarsa, ştatların ixtisarı normal prosesdir”.

Xatırladaq ki, 2014-cü ildə “Şahdəniz”in səhmdarlarının tərkibində dəyişiklik baş verib. Belə ki, may ayında "Total" özünün layihədəki payını Türkiyənin TPAO şirkətinə satdı və sövdələşmə prosesi başa çatdıqdan sonra sonuncunu layihədəki payı 19 faiz təşkil etdi. Oktyabrda Norveçin "Statoil" şirkəti də layihədəki iştirak payını satdı. Şirkətin 15,5 faizlik iştirak payını Malayziyanın "Petronas" şirkəti aldı. Payın alqı-satqısı prosesi hələ başa çatmayıb.

Agentliyin müsahibini sözlərinə görə, bir neçə aydan sonra şirkətin Bakıdakı nümayəndəliyində yalnız "Azəri-Çıraq- Günəşli" yataqlar bloku və “Bakı-Tbilisi-Ceyhan” neft kəmərində iştiraka görə cavabdeh olan bəzi işçilər qalacaqlar. Şirkət həmin layihələrdə minoritar səhmdar kimi çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2347922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR