Yerli ulduzlarımız dəbli olduqlarını dünyaya sübut edəcəklər

Yerli ulduzlarımız dəbli olduqlarını dünyaya sübut edəcəklər
11:05 23 Yanvar 2015
202 Şou
Ölkə mətbuatı
A- A+

"Most Fashionable" Awards Ceremony beynəlxalq mükafatlandırılma layihəsinə ölkəmizdə 3 gündür ki, start verilib. Dünya layihəsində yerli ulduzlarlarımız da mübarizəyə qoşulublar
Milli.Az xəbər verir ki, bu ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçiriləcək, WBC-nin layihəsi olan "Most Fashionable Awards Ceremony"yə Azərbaycan da qatıldı.

Nəzərinizə çatdıraq ki, bizimlə eyni gündə 10-a yaxın ölkədə də bu layihə eyni saatda keçiriləcək. Bu gün onların sırasına Rumuniya da qatıldı. Eyni zamanda, Inna, Alexandra Stan, Paula Seling, Akcent və digərləri dünya və Avropa ulduzları məhz "Most Fashionable Awards Ceremony" mükaflandırılma mərasimində iştirak edəcəklər.

Bu haqda layihənin Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyev məlumat verib, “World Beauty Congress”in Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz istirakçılarımız iki aylıq səsvermə müddətində iştirak edirlər. Birinci turda onlar xalqın sosial media üzərindən səs verməsi yolu ilə seçilir. İkinci turda hər biri öz kateqoriyasında ən çox səs toplamış 10 iştirakçı finala vəsiqə qazanaraq, yenidən səsvermədə iştirak edəcək, cəmiyyət və konqress rəhbərliyi tərəfindən qiymətləndirilmə olacaq. Bu il göstərilən fəaliyyət və ötənilki uğurlu çıxışlara görə təltiflər olacaq. Layihənın münsif heyətində isə WBC-nin prezidenti, Avropa, Asiya, Amerka, Afrika region rəhbərləri və Azərbaycan rəhbəri olacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/320491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR