Fironun saqqalını qopardılar - FOTO

Fironun saqqalını qopardılar - FOTO
11:12 23 Yanvar 2015
626 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur muzeylərindən biri sayılan, Qahirədə yerləşən Misir Muzeyində (Egyptian Museum in Cairo) firon Tutanxamonun mumiyası ilə bağlı qalmaqal yaranıb.
 
Mumiyanın maskasında saqqal qopub və bu indi aşkarlanıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, aparılmış araşdırma zamanı əməkdaşlardan birinin məşhur maskanı təmizləyərkən onu zədələdiyi bəlli olub. Maskanın saqqalının qopduğunu görən əməkdaş onu yapışqanla yapışdırıb.
 
Yapışqan isə belə işlər üçün əsla əlverişli olmadığından saqqal az sonra qopub.
İndi fironun maskasında başla saqqal arasında çat görünür. Üstəlik, maskada cızıqlar da var.
 
Muzeyin direktoru Mahmud əl Həvaqi isə sadəcə, maskada yarımşəffaf yapışqan maddənin izlərinin varlığını təsdiqləyib.
Tutanhamon və ya Tutanhaton eramızdan əvvəl 1332-1323-cü illərdə Qədim Misirdə firon olub. Onun məqbərəsi qarət olunmamış yeganə firon məqbərəsi sayılırdı.
 
Saf qızıldan hazırlanmış məzarla mumiya maskasını 1922-ci ildə misirşünas Hovard Karter və arxeoloq lord Karnarvon tapmışdılar.
 
Milli.Az
 








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR