Mikayıl Cabbarov təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verib

11:17 23 Yanvar 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:15 ]


Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən Naxçıvanın təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorlarına tapşırılıb ki, müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

 

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin. Bundan əlavə, Əsaslı Tikinti və Təchizat İdarəsi müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu”nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

 

Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi tərəfindən müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim, iqtisadiyyat şöbəsi isə müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etməlidir.

 

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR