Amerikalı konqresmen 20 yanvarla bağlı bəyanat verdi

Amerikalı konqresmen 20 yanvarla bağlı bəyanat verdi
11:19 23 Yanvar 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ konqresmeni Cin Qrin 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə bəyanat verib.

Lent.az-ın məlumatına görə, o, 20 yanvar 1990-cı ildə Azərbaycandakı müstəqillik hərəkatını yatırmaq üçün sovet qoşunlarının Bakıya yeridildiyini və nəticədə böyük faciənin baş verdiyini bildirib: “Sovet hökuməti tərəfindən günahsız insanların kütləvi qətliamı  Azərbaycan xalqını müstəqillik uğrunda mübarizəyə daha da ilhamlandırıb və gərgin mübarizənin sonunda bu şanlı tarixə malik xalq müstəqilliyinə qovuşa bilib”.

Konqresmen Qrin  Azərbaycan və ABŞ-ın qarşılıqlı etibar, anlayış və dəstəyə əsaslanan yaxın münasibətlərini müsbət qiymətləndirib. Konqresmen həmçinin Xəzər dənizi regionunda həyati rol oynayan Azərbaycana ABŞ-ın davamlı dəstək göstərməsinin əhəmiyyətini də vurğulayıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR