Savaş şiddətləndi

Savaş şiddətləndi
11:21 23 Yanvar 2015
187 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna ordusu Slavyanoserbsk rayonunda separatçıların tank kanvoyunu dağıdıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “İnformasiya müqaviməti”nin rəhbəri Dmitri Tımçuk öz Facebook səhifəsində yazıb: "Ən azı 1 tankı məhv etmişik". Tımçuk həmçinin Staxanov rayonu ərazində separatçıların Ukrayna ordusu mövqelərini artilleriyadan atəş açdıqlarını bildirib. Separatçılar Cənubi Staxonov rayonuna 7 tank olmaqla 20 zirehli texnika yeridiblər.

Ukrayna ordusunun Luqansk şəhərində bir sıra mövqeləri separatçılardan geri aldıqları bildirilir. Həmin ərazilərdə qızğın döyüşün getdiyi deyilir. Ukrayna xüsusi təyinatlılarının separatçılar üzərində hissolunacaq üstünlük qazandıqları məlumatı yayılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR