Azərbaycan FHN-dən Qırğızıstana HƏDİYYƏ

Azərbaycan FHN-dən Qırğızıstana HƏDİYYƏ
11:24 23 Yanvar 2015
357 Ölkə
Ölkə mətbuatı
A- A+

Qırğız Respublikasına 5 ədəd yanğınsöndürmə avtmobili hədiyyə edilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğız Respublikasından olan həmkarlarına 5 ədəd "АЦ-40" markalı yanğısöndürən maşın verib.

Lent.az-ın report.az-a istinadən məlumatına görə, Azərbaycan FHN həmin maşınları Qırğız Respublikası FHN nümayəndə heyətinin Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının təbii fəlakətlərin idarə olunması üzrə VII Beynəlxalq Konfransda iştirakı çərçivəsində 2014-cü il iyunun 5-də Azərbaycan və Qırğız Respublikasının fövqəladə hallar nazirlərinin ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara əsasən təqdim edib.

 

Qeyd edək ki, Azərbaycan və Qırğız Respublikası FHN rəhbərləri Kəmaləddin Heydərov və Kubatbek Boronovun görüşünün yekunlarına görə, kadrlar hazırlığı sahəsində, həmçinin 10 ədəd  yanğısöndürən maşının Qırğızstana verilməsi ilə texniki yardımın göstərilməsi üzrə razılıqlar əldə olunub. Qalan 5 maşının bu il ərzində verilməsi  planlaşdırılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR