Azərbaycanda daha bir zəlzələ

Azərbaycanda daha bir zəlzələ
11:26 23 Yanvar 2015
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 10:08-də Zaqataladan 13 km cənubda Zaqatala ərazisində qeydə alınıb.

Təkanlar yerin 29 km dərinliyində baş verib. Zəlzələnin gücü isə 3,2 bal olub.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, ötən gün də zəlzələ baş verib. Yeraltı təkanlar 22 yanvar tarixində, Xəzər dənizində yerli vaxtla 20:30-da qeydə alınıb. Zəlzələ dənizin 19 km dərinliyində baş verib. Təkanların maqnitudası isə 3 bal olub. Zəlzələ hiss olunmayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR