İŞİD pilotu yandırmaq istəyir

İŞİD pilotu yandırmaq istəyir
12:46 26 Dekabr 2014
120 Dünya
Ölkə mətbuatı
A- A+

Başkəsən İŞİD terrorçularından daha bir qandonduran təklif. ANS PRESS-in məlumatına görə, terrorçular bir necə gün öncə əsir götürdükləri iordaniyalı pilotun başını kəsmək istəmirlər. Bu dəfə terrorçular pilot Muat Safi Əl Kasiyeşbi diri-diri yandırmaq niyyətindədirlər.

İŞİD tərəfdarları "F-16" qırıcısının 26 yaşlı pilotunun ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrində əməkdaşlıq etdiyi üçün daha ağır formada cəzalandırmaq istəyirlər. 15 əməliyyatda iştirak edən Əl Kasiyeşbi üçün istənilən ikinci cəza isə ayağından başına kimi 15 zərbə vurulmasıdır.

Bəziləri isə pilotun müqabilində 15 milyon dollar pul, həbsxanalardakı bütün İŞİD üzvlərinin azad edilməsini, terrorçu təşkilata qarşı qurulan koalisiyanın dərhal dağıdılmasını istəməyi təklif edir. Əgər İordaniya bu tələbləri yerinə yetirməsə pilot ən ağır çəkildə cəzalandırıla bilər.

İordaniya hakimiyyəti isə pilotun əsir olmasına baxmayaraq İŞİD-a qarşı mübarizənin davam edəcəyi mesajını verib. Ölkənin media işləri üzrə naziri Məhəməd Momani dövlət televiziyasında yayılan açıqlamasında koalisiyaya girəndə əsir və ya şəhidlər verə biləcəklərini bildiklərini deyib. "Buna görə, terrora qarşı vətənimizi qorumağa davam edəcəyik".

Əl Kasiyeşbinin qardaşı Cavit isə terrorçulara qardaşının bağışlanması üçün yalvarıb. "Qardaşım yanında Quran olmasa uçmazdı. Hər gün namazını qılan möin biridir. O, sadəcə ordunun ona verdiyi və rədd etmək səlahiyyəti olmayan əmri yerinə yetirib. Sizə yalvarıram, xahiş edirəm onu azad edin".



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR