Bakıda "Cadillac" və "GMC" bahalaşdı

Bakıda "Cadillac" və "GMC" bahalaşdı
11:27 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakıda “Cadillac” və “GMC” avtomobilləri bahalaşıb. Milli.Az xəbər verir ki, bu barədə fins.az-a “Great Motors Baku Center” şirkətinin marketinq meneceri İlqar Məhərrəmov bildirib.

Onun sözlərinə görə, avtomobillərə tətbiq olunan aksiz vergisinin artılıması avtomobillərin qiymətinə də təsir göstərib. Belə ki, “Cadillac” və “GMC” avtomobillərinin qiyməti 13-16% arasında bahalaşıb. Əvvəl 92 min manata satılan “GMC YUKON” indi 107 min manata satılır. 2015-ci il model “Cadillac Escalade” avtomobilinin qiyməti isə 109 min manatdan 124 min manata qədər bahalaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR