Göyçayda ev yanıb

11:27 23 Yanvar 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:21 ]


Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə bu gün səhər saat 6:00 radələrində rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb. Kənd sakini Ramin Aydınova məxsus ümumi sahəsi 64 kvadratmetr olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin bir otağı içəridəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR