Düşmən orduda ağır itki

Düşmən orduda ağır itki
11:31 23 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan ordusu daha iki hərbçisini itirib.

ANS PRESS xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Ölən hərbçilər leytenant Karen Araratoviç Qalstyan və sıravi əsgər Artak Vaqarşakoviç Sarkisyandır. Hərbçilərin Tavuş vilayətinin Berd rayonundakı postlarda öldürüldüyü deyilir.

Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, cəbhə xəttində atəşkəs rejimi ötən gecə də yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.

Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar, Voskevan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şuraabad, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR