Özbəkistandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

11:32 23 Yanvar 2015
173 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:28 ]


Bakı. Məlahət Nəcəfova - APA. Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, məntəqə səsvermə günü, yəni martın 29-da fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, martın 29-da Özbəkistanda keçiriləcək prezident seçkilərində 4 namizəd iştirak edəcək. Bunlar hazırkı prezident İslam Kərimov (Liberal Demokrat Partiyası), Hatamcon Ketmonov (Xalq Demokratik Partiyası), Akmal Saidov (Milli Tiklanış Partiyası) və Nariman Umarovdur (Adolat Partiyası). Özbəkistanda prezident 5 il müddətinə seçilir.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR