Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

11:32 23 Yanvar 2015
189 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:26 ]


Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın ali məktəblərində təhsil alan xarici tələbələrin sayı açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 58 xarici ölkənin 4189 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər.

2014/2015-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2911 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 63,9 faizi Bakı, 36,1 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR