“Azadlıq”da axtarış

“Azadlıq”da axtarış
12:46 26 Dekabr 2014
82 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” padiosunun Bakı bürosunda axtarışa başlayıblar. ANS PRESS-in məlumatına görə, bu barədə radionun saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa radionun iki əməkdaşı da qoşulub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə açıqlamasında yayılan məlumatları təsdiqləyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR