Mübariz Qurbanlı: “Azərbaycanda heç kim heç vaxt dini baxışına görə təqib olunmayıb”

Mübariz Qurbanlı: “Azərbaycanda heç kim heç vaxt dini baxışına görə təqib olunmayıb”
12:47 26 Dekabr 2014
60 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:42 ]

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanda heç kim heç vaxt dini baxışına, dini inancına görə təqib olunmayıb və sıxışdırılmayıb”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli mənəvi dəyərlər və müasirlik” adlı konfransında deyib.

 

M. Qurbanlı bildirib ki, müasir dövrdə regiondakı bəzi ölkələrdə bunun əksi baş verir: “Azərbaycanda milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədə olub. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə isə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslama verilən dəyər o qədər böyükdür ki, heç bu dinin aparıcı olduğu ölkələrdə İslama bu qədər dəyər verilmir”.

 

Komitə sədri qeyd edib ki, Azərbaycanda əhalinin 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkədə digər dinlərin mövcudluğuna heç bir maneə yoxdur: “Bu, bizim Konstitusiyada da təsbit olunub”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR