"Qəbələ" ruslara qarşı - YENİLƏNİR

"Qəbələ" ruslara qarşı -   YENİLƏNİR
11:42 23 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün 5-ci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, Roman Qriqorçuk komandasını Rusiya klubu ilə oyunda sınayacaq.

Belə ki, "Qəbələ"nin rəqibi "Kuban" olacaq. Oyun Bakı vaхtı ilə saat 13.00-da başlayacaq.

Qeyd edək ki, 1928-ci ildə yaradılan "Kuban" klubuna Leonid Kuçuk başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 8-ci pilləsində yollanıb.

"Qəbələ" Antalyada bundan əvvəl 4 oyun keçirib. "Adanaspor"u (Türkiyə) 3:2, "Vorskla"nı (Ukrayna) 2:1 hesabı ilə yenən "qırmızı-qaralar", PSV-nin (Hollandiya) ikinci komandası ilə "sülh" bağlayıb (0:0), "Eskişəhərspor"a (Türkiyə) uduzub - 1:3. "Qəbələ" yanvarın 25-də "Haladaş" (Macarıstan), 27-də "Metallist"lə (Ukrayna) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
23 yanvar

13.00 Qəbələ (Azərbaycan) - Kuban (Rusiya)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-ruslara-qar-t17721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR