İrəvanda Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirmiş rusiyalı hərbçinin Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçiriləcək

11:42 23 Yanvar 2015
180 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:40 ]

Bakı – APA. Yanvarın 26-da İrəvanda rusiyalı hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçiriləcək.

APA-nın “Armenia Today”a istinadən verdiyi məlumata görə, yürüş təşkilatçılarının yaydığı bəyanatda Ermənistan hakimiyyəti və Rusiya tərəfindən yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirmiş V. Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələb olunur.

 

Qeyd olunur ki, bu tələb Rusiyanın Ermənistandakı həbri bazası ilə bağlı müqaviənin 4-cü maddəsindən irəli gəlir.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR