Madridin "Real" klubu onuncu dəfə dünyanın ən varlı klublarının siyahısına başçılıq edir

Madridin "Real" klubu onuncu dəfə dünyanın ən varlı klublarının siyahısına başçılıq edir
11:48 23 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

2014-cü il Çempionlar Liqasının qalibi Madridin "Real" klubu hər il “Deloitte” audit şirkətinin tərtib etdiyi dünyanın ən varlı klublarının siyahısına onuncu dəfə başçılıq edir. Bu barədə Trend İnterfaks-a istinadən xəbər verir.

Dünyanın ən varlı 20 klubunun ümumi gəlirləri ötən mövsümdə 14 faiz artıb və 6,2 milyard avro təşkil edib. Bu məbləğ ancaq gəlirləri əks etdirir və klubların borclarını nəzərə almır.

"Mançester Yunayted" (MY) siyahıda 4-cü yerdən 2-ci yerə qalxıb. Ekspertlərin fikrincə, Çempionlar Liqasında yüksəlişi "Deloitte"-in gələn ilki siyahısında klubun mövqeyinə təsir edəcək.

Madridin "Atletiko" klubu keçən il İspaniya çempionatında qalib gəlməsinə və ÇL-in finalına çıxmasına baxmayaraq, siyahıda yalnız 20-dən 15-ci yerə qalxa bilib.

Digər tərəfdən, "Barselona" üçün nadir olan qənimətsiz mövsüm onun 2-dən dördüncü yerə düşməsinə səbəb olub. 2007-2008-ci il mövsümündən bəri ilk dəfə Kataloniya klubu "Deloitte"-in reytinqində lider mövqedən iki sıra geri düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2356250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR