2014-cü ildə qlobal smartfon bazarının həcmi 26 faiz artıb

2014-cü ildə qlobal smartfon bazarının həcmi 26 faiz artıb
11:51 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tayvan “TrendForce” tədqiqat şirkətinin mütəxəssislərinin qiymətləndirməsinə əsasən, 2014-cü ildə istehsalçılar ümumilikdə təxminən 1,17 milyard aparat tədarük ediblər ki, bu da 2013-cü illə müqayisədə 26 faiz yüksəkdir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung Electronics” şirkəti liderliyini qoruyub saxlayıb, ancaq smartfon tədarükünün illik artımı yalnız 8,4 faiz təşkil edib. “TrendForce”nin qiymətləndirməsinə görə, Cənubi Koreya şirkəti 326,4 milyondan çox smartfon tədarük edib və şirkətin bazar payı 28 faiz təşkil edib. Bir il bundan əvvəl “Samsung”un bazar payı 32,5 faiz idi.
 
İkinci pilləni “Apple” tutub. 2014-cü ildə ABŞ korporasiyası smartfon tədarükünü 25 faiz artıraraq 191,3 milyon “iPhone” istehsal edib. “Apple”ın bazar payı 16,4 faizdir ki, bu da 2013-cü illə müqayisədə 0,2 faiz yüksəkdir.
 
Analitiklər Çin şirkətlərinin öz mövqelərini gücləndirməsinə diqqət çəkiblər. Ən böyük smartfon istehsalçılarının onluğunda Çinin 6 smartfon istehsalçısı yer alıb: ümumilikdə 453 milyon aparat bazara tədarük ediblər. Bununla belə, Çin şirkətləri hələ ki “Samsung” və “Apple”dan geri qalır, sonuncular 518 milyon smartfon tədarük edib.
 
2014-cü ildə “Motorola” şirkətini satın almış və nəticədə smartfon bazarına 90 milyondan çox aparat tədarük etmiş “Lenovo” Çin şirkətləri arasında seçilib. Şirkət 2013-cü ildə öz nəticəsini 100 faiz yaxşılaşdırıb və 7,9 faiz bazar payına sahiblənib.
 
Siyahıda sonrakı pilləni təxminən 70 milyon smartfon tədarük etmiş “LG” şirkəti tutur.
 
Çinin “Huawei”, “Xiaomi”, “Coolpad”, “ZTE” və “TCL” şirkətləri sonrakı pillələrdə qərarlaşıb.
 
Emil Hüseynov
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR