Hərbçilər təslim oldu

Hərbçilər təslim oldu
11:51 23 Yanvar 2015
286 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna güc strukturlarının Donetsk hava limanınında verdiyi itkilərin sayı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə tanınmamış rejimin qərargah komandanının muavini Eduard Basurina bildirib. Qondarma rejimin açıqladığı məlumata görə, 44 nəfər ukraynalı hərbçi təslim olub.

Bildirilib ki, bu rayonda Ukrayna güc strukturlarının ümumi itkiləri 597 nəfər təşkil edib. Donetsk aeroportunun yeni terminalının dağıntıları altında xarici muzdluların əşyaları və meyitləri də aşkarlanıb.

Ukrayna Müdafiə Nazirliyi isə öz növbəsində yanvarın 22-də səhər məlumat yayıb ki, sutka ərzində ATO-nun (antiterror əməliyyatları) 6 döyüşçüsü hava limanı uğrunda döyüşlərdə həlak olub, 16 nəfə isə əsir düşüb.

Ukrayna Təhlükəsizlik Xidmətinin Girovdəyişdirmə Mərkəzinin rəsmisi Yuri Tandit öz növbəsində yanvarın 22-də bildirib ki, daha 20 müdafiəçi hava limanında əsirlikdə saxlanılır. O bildirib ki, hazırda qarşı tərəflə əsirlərin azad edilməsi barədə danışıqlar aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR