Dayısının evindən oğurluq edən şəxsə hökm oxunub

12:57 26 Dekabr 2014
53 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:53 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dayısının evindən oğurluq etməkdə təqsirləndirilən Nemət Əlişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N. Əlişov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, N. Əlişov dayısının seyfini və mobil telefonunu oğurlayıb. Belə ki, Əliyev İlham İsmayıl oğlu Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək, evindən ona məxsus içində 7800 manat pul olan seyfin və mobil telefonun oğurlandığını bildirib. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən İlham Əliyevin bacısı oğlu Əlişov Nemət Mehman oğlu saxlanılıb. İlkin dindirmə  zamanı o cinayəti etiraf edib.

 

Nemət Əlişovun anası və atası boşandığından son aylar o dayısı gildə qalırmış. Onun ticarətlə məşğul olan dayısının evindən oğurladığı seyf Lökbatan qəsəbəsindəki binanın zirzəmisindən tapılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR