“Rusca-azərbaycanca izahlı hüquq lüğəti” hazırlanıb

11:53 23 Yanvar 2015
231 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“İzahlı hüquq lüğətləri” adlı böyük layihənin mühüm tərkib hissəsi olan “Rusca-azərbaycanca izahlı hüquq lüğəti” artıq çapa verilib və bir ay ərzində işıq üzü görəcək. Lüğətin redaktoru professor İsmayıl Məmmədlidir.
Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki,
hüququn müxtəlif sahələrinə (mülki, cinayət, hərbi, beynəlxalq, mühasibat, bank və s.) aid 35 minə yaxın söz və söz birləşməsini ehtiva edən “Rusca-azərbaycanca izahlı hüquq lüğəti” hüquqşünaslar, maliyyə işçiləri, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim və tələbələri, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün faydalı olacaq.
Lüğətin müəllifləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Rafiq Novruzov və Ali Məhkəmənin məsul əməkdaşı Könül Əliyeva bu dəyərli vəsaiti ərsəyə gətirməklə hüquq və hüquq münasibətlərinin nizama salınması işinə əvəzsiz töhfə veriblər.
Xatırladaq ki, “İzahlı hüquq lüğətləri” adlı layihə çərçivəsində 2012-ci ildə “Azərbaycanca-rusca izahlı hüquq lüğəti” və “Azərbaycanca-ingiliscə hüquq lüğəti (izahla)” nəşr olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR